Hər 5 kişidən biri, hər 6 qadından biri


Dünya 14 Sen 2018 14:44:36 259 0

Hər 5 kişidən biri, hər 6 qadından biri

Bu ilin sonunadək dünyada 18 milyon nəfərdə xərçəngin müxtəlif formaları aşkarlanacaq, təqribən 9,6 milyon insan xərçəngdən öləcək.

Son.az bildirir ki, Beynəlxalq Xərçəngin Tədqiqatı Agentliyinin (International Agency for Research on Cancer, İARC) son hesabatında belə deyilir.

185 ölkədəki statistika və 36 formada onkoloji xəstəliklə bağlı göstəricilər əsasında hazırlanmış hesabat "Cancer Journal for Clinicians" jurnalında dərc olunub.

ABŞ və Avropa mediasında "Fəlakət proqnozu" adlanan hesabatın müəllifi olan ekspertlərin fikrincə, dünyada hər 5 kişidən birində və hər 6 qadından birində xərçəng xəstəliyi aşkarlanacaq.

Bu xəstəlik dünyada hər 8 kişidən birinin və hər 11 qadından birinin ölümünə səbəb olacaq.

Hesabatda vurğulanır ki, xərçəngin ən təhlükəli forması ağciyər xərçəngi olaraq qalır. Dünyada hər il 1,8 milyon insan ağciyər xərçəngindən ölür.


Xəbərə aid fotolar