"Yanımda ata deyənlərə həsrətlə baxıram"


Şou-biznes 14 Sen 2018 14:36:00 311 0

"Yanımda ata deyənlərə həsrətlə baxıram"

Tanınmış müğənnilər Sevil-Sevinc bacılarından xəbər var. Son.az big.az-a istinadən xəbər verir ki, əkizlər atası ilə bağlı sosial şəbəkə hesablarında paylaşım ediblər. Onlar atası Azadın və onun adını daşıyan qardaşı oğlunun fotosunu yazaraq, bu sözləri bildirib: "Sənin üçün o qədər darıxıram ki... iyin, səsin, baxışın, gülüşün... ən çox da qızım sözün üçün... hər uğurumda sənin təbrikini, kədərimdə sənin dəstəyini gözləyirəm. Yanımda "ata" deyənlərə həsrətlə baxıram. Səni bizdən alan o günə nifrət edirəm" Xatırladaq ki, bir müddət öncə ifaçıların atası ürəktutmasından vəfat etmişdi.

Son.az 


Xəbərə aid foto