Həyat yoldaşına tüfənglə xəsarət yetirən Kürdəmir sakini tutulub


Digərləri 14 Sen 2018 14:33:12 220 0

Həyat yoldaşına tüfənglə xəsarət yetirən Kürdəmir sakini tutulub

Kürdəmir rayonu ərazisində yaşayan Qumru Salayeva evindən qırma yaraları ilə xəstəxanaya gətirilib

Bakı. Sentyabrın 13-də Kürdəmir rayonu ərazisində yaşayan Qumru Salayeva evindən qırma yaraları ilə xəstəxanaya gətirilib. DİN-dən Trend-ə verilən məlumata görə, hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən - əri Şahin Kərimov Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, ondan cinayətdə istifadə etdiyi müvafiq sənədləri olmayan “İJ-16” markalı tüfəng götürülüb.