Yeni nəsil şəxsiyyət vəsiqələri bu idarələrdən də almaq olacaq


Digərləri 14 Sen 2018 14:07:23 284 0

Yeni nəsil şəxsiyyət vəsiqələri bu idarələrdən də almaq olacaq

Sentyabrın 14-dən etibarən yeni nəsil şəxsiyyət vəsiqələrinin verilişi ərazi üzrə polis orqanlarının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətləri ilə yanaşı, Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində də həyata keçiriləcək.

DİN-dən Son.az-a verilən məlumata görə, Bakı şəhərində qeydiyyatda olan vətəndaşlar həftənin 6 günü saat 9-dan axşam saat 18:00-dək yeni nəsil şəxsiyyət vəsiqələri almaq üçün Baş İdarəyə müraciət edə bilərlər.

Qeyd edək ki, yeni vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdirilir.