Aşura günü könüllü qanvermə aksiyaları keçiriləcək - ÜNVANLAR


Digərləri 14 Sen 2018 14:08:00 243 0

Aşura günü könüllü qanvermə aksiyaları keçiriləcək - ÜNVANLAR

Aşura günü könüllü qanvermə aksiyaları keçiriləcək.

Bakı. Hər il olduğu kimi, bu il də Məhərrəm ayının 10-cu günü - Aşura günündə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçiriləcək. Nazirlikdən Trend-ə verilən məlumata görə, aksiyalar 20 sentyabr 2018-ci il tarixində Bakı və regionlarda təşkil olunacaq. Könüllü aksiyada iştirak etmək arzusunda olan vətəndaşlar aşağıdakı ünvanlara gələrək qan verə bilərlə: Bakı şəhəri üzrə: - Binəqədi rayonu “İmam Əli məscidi”, - Xəzər rayonu 14 saylı Birləşmiş Şəhər xəstəxanası və “Mir Mövsüm ağa Ziyarətgahı”, - Nəsimi rayonu “Əjdər bəy məscidi” (mərasim zalı) və 20 saylı şəhər poliklinikası, - Nizami rayonu “Şah Abbas məscidi” , - Sabunçu rayonu “Rəhimə xanım ziyarətgahı”, - Səbail rayonu “Bibiheybət məscid ziyarətgahı” və “İçəri şəhər Cümə məscidi”, - Suraxanı rayonu “Qaracuxur məscidi”, - Yasamal rayonu “Təzə pir məscidi” və “Hacı Soltanəli məscidi”.