Peruda turistlərlə dolu avtobus çaya düşdü
Dünya 14 Sen 2018 13:55:00 222 0
Perunun cənub-şərqindəki Kesko regionunda turist avtobusu çaya düşüb
Perunun cənub-şərqindəki Kesko regionunda turist avtobusu çaya düşüb.
Son.az Trend-ə istinadən bildirir ki, qəza nəticəsində 18 turist xəsarət alıb.
Xəsarət alanların 8 nəfərin yerli turist, digərlərinin İspaniya, Ekvador və Kolumbiya vətəndaşları olduğu bildirilir. Yaralıların hamısı dərhal xəstəxanaya yerləşdirilib, 3 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Mənbə: milli.az