AİB Azərbaycanda layihələrə 800 milyon dollardan çox vəsait ayırmağa hazırdır


Digərləri 14 Sen 2018 13:37:00 219 0

AİB Azərbaycanda layihələrə 800 milyon dollardan çox vəsait ayırmağa hazırdır

Asiya İnkişaf Bankı (AİB) 2019-2021-ci illər ərzində Azərbaycanda layihələrə 815 milyon dollar ayırmağa hazırdır

.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə bankın yeni biznes-planında deyilir.

2019-2021-ci illər üçün biznes-plan energetika, təhsil, maliyyə, İKT, dövlət sektorunun idarə olunması, su və şəhər infrastrukturları və xidmətlər sahəsində layihələrə vəsaitlərin ayrılmasını nəzərdə tutur.

Əsas diqqət ölkənin enerji sisteminin müasirləşdirilməsi (335 milyon dollar) və dövlət idarəetməsinin səmərəliliyinin artırılmasına (250 milyon dollar) verilir.