“Anadolu atəşi” Bakıya gəlir


Kriminal 14 Sen 2018 13:05:00 254 0

“Anadolu atəşi” Bakıya gəlir

Sentyabrın 15-də Heydər Əliyev Mərkəzinin parkında Bakının azad edilməsinin 100 illiyinə həsr olunan konsert keçiriləcək.

Konsert proqramında Azərbaycanın estrada müğənniləri və musiqi qrupları, həmçinin Türkiyənin məşhur "Anadolu atəşi" rəqs qrupu çıxış edəcək.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın xalq artistləri Aygün Kazımova, Eyyub Yaqubov, əməkdar artistlər Lalə Məmmədova, Tünzalə Ağayeva, Sevda Ələkbərzadə, Səbinə Babayeva, həmçinin tanınmış ifaçılar Natavan Həbibi, Ceyhun Zeynalov, Murad Arif, "Qaya" və "Rast" qrupları çıxış edəcəklər. Türkiyənin məşhur "Anadolu atəşi" qrupu əsrarəngiz rəqslərlə gecəyə xüsusi rəng qatacaq.