Gələn həftə havalar soyuyacaq - Yağış, dolu və sel XƏBƏRDARLIĞI


Digərləri 14 Sen 2018 13:06:29 231 0

Gələn həftə havalar soyuyacaq - Yağış, dolu və sel XƏBƏRDARLIĞI

Sentyabrın 17-si axşam şimal və qərb rayonlarından başlayaraq sentyabrın 22-si gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Bakı. Sentyabrın 17-si axşam şimal və qərb rayonlarından başlayaraq sentyabrın 22-si gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.