Kosovonun baş məşqçisi: "Millətlər Liqasında bizdən güclü komanda var?"


İdman 14 Sen 2018 12:51:00 57 0

Kosovonun baş məşqçisi: "Millətlər Liqasında bizdən güclü komanda var?"

“Uşaqlara D Liqasındakı bütün komandaların adlarını dedim və soruşdum: aşkar şəkildə bizdən güclü komanda var? Onların cavabı aydın idi”.

Bunu UEFA Millətlər Liqasında Azərbaycanla eyni qrupda yer alan Kosovo yığmasının baş məşqçisi Bernar Şalland “Blick” nəşrinə açıqlamasında deyib. 57 yaşlı mütəxəssis komandasının 3-cü qrupda 4 xalla liderliyi ələ almasından sonra iddialı danışıb: “Gürcüstan və Belarus kimi komandalar güclüdürlər, bizdən çox təcrübəyə malikdirlər. Biz yeriməyi yeni öyrənən və arada yıxılan iki yaşlı uşağıq. Amma aşkar şəkildə bizdən güclüsü yoxdur. Millətlər Liqasının qrup mərhələsindən sonra AVRO-2020-nin seçmə oyunları başlayır. Adətən, orada şansımız olmur. Bu, o deməkdir ki, seçmə mərhələ matçları Millətlər Liqasının final mərhələsinə hazırlıq baxımından ideal olar”.

Şallandın sözlərinə görə, artıq ev oyunlarını Albaniyada deyil, Kosovoda keçirmələri komandası üçün mühüm amildir: “Kosovoda böyük eyforiya var. İnsanlar Avropa çempionu ola biləcəyimizi fikirləşirlər. Priştinada Farer adalarını 2:0 hesabı ilə məğlub etdik. Stadionumuzun təmir olunması və artıq ev oyunlarımızı Albaniyada deyil, burada keçirməyimiz bizim üçün çox mühümdür. Həmçinin, indi uyğun məşq meydançamız var və Mitrovitsaya getmək üçün 40 km məsafəni qət etməyə gərək yoxdur. İlk oyunlarımızı Fransa və Almaniya kimi komandalara qarşı keçirməməyimiz yaxşı haldır. DÇ-2018-in təsnifat mərhələsində Kosovo yığması 24 qol buraxıb”.

Baş məşqçi İsveçrənin “Sürix” komandasının formasını geyinən albaniyalı Mirlind Kryeziunun milliləşdirilməsinə də toxunub: “İsveçrə Futbol Federasiyasının prezidenti Piter Gillironla danışdım və onunla tez ümumi dil tapdıq. Əlbəttə, Kryeziunun adı siyahımda var. İstənilən oyunçu ilə danışa bilərəm. Amma mənim üçün əsas məsələ futbolçunun nə istəməsidir”.

Qeyd edək ki, Kosovo yığması Bakıda Azərbaycan millisi ilə qolsuz heç-heçə edəndən sonra Priştinada Farer adalarını məğlub edib – 2:0. Səfərdə Malta kollektivi ilə də heç-heçə edən (1:1) Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv isə 2 xalla 3-cü yerdədir. 

Dini Komitə: İslamda "Cümə axşamları" və "Qırx" mərasimlərinin keçirilməsi yoxdur like
  • 14 Sen 12:47  
Digərləri Dini Komitə: İslamda "Cümə axşamları" və "Qırx" mərasimlərinin keçirilməsi yoxdur

İslam dinində ölüyə yas tutulması müddəti 3 gündür, "Cümə axşamlar

arrow Ətraflı
Dubaydan gələn kişinin corablarından 10 dənə "iPhone X" çıxdı  VİDEO  FOTO like
  • 14 Sen 12:47  
Digərləri Dubaydan gələn kişinin corablarından 10 dənə "iPhone X" çıxdı VİDEO FOTO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisin

arrow Ətraflı
Kembric Universitetinin tələbələri soyundular  FOTO like
  • 14 Sen 12:43  
Digərləri Kembric Universitetinin tələbələri soyundular FOTO

Dünyanın ən məşhur və nüfuzlu ali təhsil müəssisələrindən biri olan

arrow Ətraflı
Azərbaycanda qanunsuz ov edən 35 nəfər saxlanılıb like
  • 14 Sen 12:42  
Sosial Azərbaycanda qanunsuz ov edən 35 nəfər saxlanılıb

 ​İcazəsiz ov hallarının qarşısının alınması məqsədilə reydlər

arrow Ətraflı
Son 3 ayda icazəsiz ov edən 35 nəfər saxlanılıb like
  • 14 Sen 12:40  
Digərləri Son 3 ayda icazəsiz ov edən 35 nəfər saxlanılıb

İcazəsiz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam

arrow Ətraflı
Nazirlik: "Dənizdəki plastik çirklənmə üçün həyəcan təbili çalınmalıdır" like
  • 14 Sen 12:34  
Digərləri Nazirlik: "Dənizdəki plastik çirklənmə üçün həyəcan təbili çalınmalıdır"

Xəzər dənizinin ekoloji durumunda baş verən müəyyən problemlər bütün

arrow Ətraflı
Bakı Elektron Ticarət Forumunun Təşkilat Komitəsinin növbəti iclası keçirilib like
  • 14 Sen 12:33  
Digərləri Bakı Elektron Ticarət Forumunun Təşkilat Komitəsinin növbəti iclası keçirilib

Bakı Elektron Ticarət Forumunun Təşkilat Komitəsinin iclası keçirilib.

arrow Ətraflı
Çavuşoğlu: "ABŞ seçim etməlidir  ya Türkiyə, ya da..." like
  • 14 Sen 12:33  
Dünya Çavuşoğlu: "ABŞ seçim etməlidir ya Türkiyə, ya da..."

"ABŞ regionda öz müttəfiqlərini müəyyənləşdirməli, Türkiyə ilə PYD

arrow Ətraflı
Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi sahədə yeni saziş müzakirə edilir like
  • 14 Sen 12:29  
Digərləri Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi sahədə yeni saziş müzakirə edilir

Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi sahədə yeni saziş mü

arrow Ətraflı
Ankarada ƏMƏLİYYAT - İŞİD-in 4 üzvü saxlanılıb like
  • 14 Sen 12:26  
Digərləri Ankarada ƏMƏLİYYAT - İŞİD-in 4 üzvü saxlanılıb

Türkiyənin paytaxtı Ankarada keçirilmiş əməliyyat nəticəsində İŞİD

arrow Ətraflı
"Növbəti baş nazir olmayacam" like
  • 14 Sen 12:25  
Dünya "Növbəti baş nazir olmayacam"

İraqın fəaliyyətdə olan Baş naziri Heydər əl-İbadi ikinci müddətə bu

arrow Ətraflı
Elçin Quliyev İsrailin müdafiə naziri ilə görüşüb (FOTO) like
  • 14 Sen 12:21  
Digərləri Elçin Quliyev İsrailin müdafiə naziri ilə görüşüb (FOTO)

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev ölkəmizd

arrow Ətraflı
ABŞ “sözə baxmayan” ölkələri cəzalandıracaq like
  • 14 Sen 12:20  
Dünya ABŞ “sözə baxmayan” ölkələri cəzalandıracaq

ABŞ energetika naziri Rik Perri bəyan edib ki, Vaşinqtonun “sözə baxmayan

arrow Ətraflı