Azərbaycanda qanunsuz ov edən 35 nəfər saxlanılıb


Sosial 14 Sen 2018 12:42:43 241 0

Azərbaycanda qanunsuz ov edən 35 nəfər saxlanılıb

 ​İcazəsiz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları “Ovçuluq haqqında” və “Heyvanlar aləmi haqqında” qanunların tələblərinə riayət olunması vəziyyətinin araşdırılması məqsədilə mütəmadi reydlər keçirir.

Bu barədə"Report"a nazirliyinmətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki,2018-ci ilin son üç ayı ərzində keçirilən reydlər zamanı ölkədə ərazisində icazəsiz ov edən 35 nəfər saxlanılıb. Onlardan 29 ov tüfəngi, patron və müxtəlif ov alətləri götürülüb.

Təqsirkarlara qarşı protokollar tərtib edilərək ümumilikdə 40441 manat məbləğində cərimə tətbiq olunub.