Son 3 ayda icazəsiz ov edən 35 nəfər saxlanılıb


Digərləri 14 Sen 2018 12:40:00 197 0

Son 3 ayda icazəsiz ov edən 35 nəfər saxlanılıb

İcazəsiz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” və “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə riayət olunması vəziyyətinin araşdırılması məqsədilə mütəmadi reydlər keçirilir. Nazirlikdən Trend-ə verilən məlumata görə, 2018-ci ilin son üç ayı ərzində keçirilən reydlər zamanı respublika ərazisində icazəsiz ov edən 35 nəfər saxlanılıb. Onlardan 29 ov tüfəngi, patron və müxtəlif ov alətləri götürülüb.