Dini Komitə: İslamda "Cümə axşamları" və "Qırx" mərasimlərinin keçirilməsi yoxdur


Digərləri 14 Sen 2018 12:47:00 245 0

Dini Komitə: İslamda "Cümə axşamları" və "Qırx" mərasimlərinin keçirilməsi yoxdur

İslam dinində ölüyə yas tutulması müddəti 3 gündür, "Cümə axşamları" və "Qırx" mərasimlərinin keçirilməsi yoxdur.

Bakı. İlhamə İsabalayeva - İslam dinində ölüyə yas tutulması müddəti 3 gündür, "Cümə axşamları" və "Qırx" mərasimlərinin keçirilməsi yoxdur. Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova "Dini mərasimlər: ənənəvilik və müasirlik" mövzusunda keçirilən seminar-müşavirədə çıxışı zamanı deyib.