Nazirlik: "Dənizdəki plastik çirklənmə üçün həyəcan təbili çalınmalıdır"


Digərləri 14 Sen 2018 12:34:39 262 0

Nazirlik: "Dənizdəki plastik çirklənmə üçün həyəcan təbili çalınmalıdır"

Xəzər dənizinin ekoloji durumunda baş verən müəyyən problemlər bütün hallarda öz mənfi təsirini göstərmiş olur

.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin siyasəti, ekoloji vəziyyətin təhlili və qiymətləndirilməsi şöbəsinin müdiri Rasim Səttarzadə brifinqdə deyib.

Onun sözlərinə görə, Xəzərin sahilini və dənizin çirklənməsinin qarşısını hər bir şəxs almalıdır: "Kimsə düşünməməlidir ki, nəsə görməsə bir şey olmaz. Sahil ərazilərinin estetik görünüşünün pozulmaması üçün ciddi addımlar atılır və hər bir vətəndaş bu işdə öz köməyini əsirgəməməlidir".