"Növbəti baş nazir olmayacam"


Dünya 14 Sen 2018 12:25:00 218 0

"Növbəti baş nazir olmayacam"

İraqın fəaliyyətdə olan Baş naziri Heydər əl-İbadi ikinci müddətə bu postda qalmayacaq

.

Son.az "report"-a istinadən bildirir ki, o, bu qərarı İraq şiələrinin lideri ayətulla Əli əl-Sistaninin çağırışına cavab olaraq qəbul edib.

"Biz dini lider ayətullah Əli əl-Sistaniyə hörmətlə yanaşırıq və bunu davam etdirəcəyik. Mən baş nazir postuna ikinci müddətə namizədliyimi irəli sürmək niyyətində deyiləm", - Baş nazir vurğulayıb.

Qeyd edək ki, ayətullah Əli əl-Sistani keçmişdə iqtidarda olmuş adamların yeni quruluacaq hökumətdə baş nazir olmalarını dəstəkləmədiyini bildirmişdi. Onun sözlərinə görə, xalqın çox hissəsi onların rüşvətxorluq və korrupsiyaya qarşı mübarizəsinə ümid etmir.