Xəzər dənizinin əsas çirklənmə mənbələri açıqladı


Digərləri 14 Sen 2018 12:10:12 310 0

Xəzər dənizinin əsas çirklənmə mənbələri açıqladı

Xəzər dənizinin əsas çirklənmə mənbələri antropogen fəaliyyətlə bağlıdır

Xəzər dənizinin əsas çirklənmə mənbələri antropogen fəaliyyətlə bağlıdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşı Faiq Mütəllimov deyib.

Onun sözlərinə görə, Xəzər dənizinin sahil zolağında və çimərliklərdə fəaliyyət göstərən istirahət mərkəzləri və ictimai-iaşə obyektləri tərəfindən, üzən vasitələrdən dənizin çirkləndirilməsini, vətəndaşlar tərəfindən ətraf ərazilərin zibillənməsini xüsusi qeyd etmək olar: "Belə hallar Xəzərin ekoloji vəziyyətinin pisləşməsinə, antisanitar vəziyyətin yaranmasına gətirib çıxarır, eyni zamanda ekoturizmin inkişafına mənfi təsir göstərir".