İrəvanda kimsəsiz gənclər aclıq aksiyası keçirirlər VİDEO


Dünya 14 Sen 2018 12:15:00 302 0

İrəvanda kimsəsiz gənclər aclıq aksiyası keçirirlər  VİDEO

İrəvanda hökumət binası qarşısında etiraza qalxan internat evinin sakinləri aclıq aksiyasına başlayıblar

.

Son.az azvision.az-a istinadən bildirir ki, etirazçı gənclər dövlət tərəfindən onlara verilən mənzillərin başqa şəxslərə satıldığını bildiriblər. Onların dediyinə görə, indiyədək müxtəlif qurumlara müraciət etsələr də, problem həllini tapmayıb.

"18 il uşaq evində yaşayıb, sonra hərbi xidmətə getmişik. Hərbi xidmətdən gələndən sonra çöldə qalmışıq. Qalmağa yerimiz yoxdur. Dəfələrlə müraciət etsək də, dövlət qurumları şikayətimizə baxmır", - Davit Amoyan adlı kimsəsiz gənc vurğulayıb.