Azərbaycanlı məşhurdan türkiyəli ulduza 200 minlik təklif


Kriminal 14 Sen 2018 12:02:00 255 0

Azərbaycanlı məşhurdan türkiyəli ulduza 200 minlik təklif

Zaman-zaman Azərbaycan filmlərində türk və digər əcnəbi aktyorlar rol alıb. Elə yerli aktyorlarımız arasında da Türkiyə, Rusiya və digər ölkələrin filmlərində çəkilən aktyorlar az olmayıb.

Son illər aktrisalarımız Türkiyə seriallarında görünsələr də, nədənsə əcnəbi aktyorları öz serial və filmlərimizdə görə bilmirik. Səbəb nədir? Ümumiyyətlə, bir əcnəbi aktyorun Azərbaycan filminə dəvət olunması üçün nə qədər vəsait tələb olunur?

Son.az xəbər verir ki, yenicag.az məsələni araşdırıb.

Tanınmış kinorejissor və ssenarist Yavər Rzayev bir əcnəbi ulduzun Azərbaycanda film və seriallarda çəkilməsi üçün ilk növbədə külli miqdarda vəsait tələb olunduğunu bildirib:

"Əlbəttə, söhbət ulduz aktyordan gedirsə, bunun üçün sərmayə qoyulmalıdır. Burada söhbət yüz minlərdən, hətta milyonlardan gedir. Onların öz ölkələrində aldığı qonorardan xəbəri olan bir adam kimi bunu deyirəm. Misal üçün deyim ki, Vandamın hansısa bir filmdə yumruq vurub getməsi, özü yüz minlər tələb edir. Məbləğ təbii ki, epizod, yaxud da əsas rola uyğun olaraq dəyişir. Bir neçə il bundan əvvəl Çingiz Abdullayevin "Dronqo" əsəri əsasında film çəkmək istəyirdim. Artıq ssenari də hazır idi. Türkiyənin məşhur aktyoru Halit Ergençi baş rola dəvət etmişdim, məbləğ də müəyyən olunmuşdu. Bildiyim qədər, 200 000 min manat qonorar təklifinə razılaşmışdı. Lakin sonralar biz tərəfdən müəyyən səbəblər üzündən bu filmin çəkilişi baş tutmadı. Rejissorluğumla çəkilən digər bir filmdə Amerikadan olan aktrisanı çəkdim. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən "Bakı, mən səni sevirəm" kinolayihəsində Aziya Arcento çəkildi. Onun qonorarının məbləği kifayət qədər yüksək idi. Rəqəm açıqlamayım, çünki bu, müqavilə şərtinə ziddir. Onu da qeyd edim ki, hansısa məşhur ulduzun bir çəkiliş gününə aldığı qonorar bizim serial və filmlərimizin ümumi büdcəsindən qat-qat yüksəkdir".

Yavər Rzayev maddi tərəflərdən başqa, bədii keyfiyyətin də önəmli olduğunu qeyd edib: