Nazirlik: Bəzi istirahət mərkəzlərində tullantılar qalaqlanır, çirkab sular təmizlənmədən birbaşa dənizə axıdılır


Digərləri 14 Sen 2018 11:51:00 241 0

Nazirlik: Bəzi istirahət mərkəzlərində tullantılar qalaqlanır, çirkab sular təmizlənmədən birbaşa dənizə axıdılır

İstirahət mərkəzində tullantılar qalaqlanır, çirkab sular təmizlənmədən birbaşa Xəzərə axıdılır

Bakı. Samir Əli - Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Xəzər dənizində mövcud vəziyyəti yaxşılaşdırmaq və çirkləndirmənin qarşısını almaq məqsədilə Xaçmaz, Astara, Lənkəran rayonları, Sumqayıt şəhəri və Bakı şəhərinin Binəqədi və Sabunçu rayonlarının Xəzər sahili ərazilərində birgə reydlər keçirilib. Trendin məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Faiq Mütəllimov deyib. Onun sözlərinə görə, reydlər zamanı Xəzər sahilində yerləşən bəzi istirahət mərkəzlərində və ictimai-iaşə obyektlərində formalaşan məişət tullantılarının və çirkab suların düzgün idarə olunmadığı müəyyən edilib. Məişət tullantılarının qalaqlanması və çirkab suların təmizlənmədən birbaşa Xəzər dənizə axıdılması ilə bağlı 46 fakt aşkar olunub.