NGBMnin nümayəndələri Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüblər FOTO


Dünya 14 Sen 2018 11:21:00 253 0

NGBMnin nümayəndələri Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüblər  FOTO

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüblər.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Raşid Alimovla görüşüb. NGBM-dən Son.az-a verilən məlumata görə, görüşdə Baş katibə Mərkəzin genişmiqyaslı fəaliyyəti, dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edən layihələri barədə ətraflı məlumat təqdim olunub. Raşid Alimov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mədəniyyətlərarası dialoqa töhfə vermək cəhdlərini yüksək qiymətləndirib. O, mərkəzin fəaliyyətini izlədiyini diqqətə çatdırıb.

Bundan başqa, Çinin Xarici Əlaqələr İstitunda keçirilən görüşdə əməkdaşlığın gələcək perspektivləri barədə müzakirələr aparılıb. ABŞ-ın Nyu-York şəhərində keçirilməsi planlaşdırılan növbəti ali səviyyəli toplantı və 2019-cu ildə Çində keçiriləcək tədbirlə əlaqədar məsələlər ətrafında fikir mübadiləsi olub. Mərkəzin üzvləri - Xorvatiyanın sabiq prezidenti İvo Yosipoviç, Bosniya və Herseqovinanın Baş nazirinin müavini, xarici işlər naziri Zlatko Laqumciya, Albaniyanın sabiq prezidenti Boyar Nişani, Qırğızıstanın sabiq Baş naziri Coomart Otorbayev  2-ci Tayxe Beynəlxalq Sivilizasiya Forumunda da iştirak ediblər. Zərif Nisə Son.az


Xəbərə aid foto