"Bu addım lirəni qısamüddətli dövrdə qoruya bilər"


Digərləri 14 Sen 2018 10:22:00 250 0

"Bu addım lirəni qısamüddətli dövrdə qoruya bilər"

Türkiyə Mərkəzi Bankının qərarından sonra 6,10 lirəyə qədər geriləyən dollar bu gün səhər saatlarına 6,12 lirə təşkil edib

.

Son.az oxu.az-a istinadla xəbər verir ki, dolların məzənnəsində cüzi - 0,88% artım baş verib. 

İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, Türkiyə Mərkəzi Bankının uçot stavkasını 24 faizədək yüksəltməsi son 15 ildə ən yüksək faiz dərəcəsidir:

"Türkiyədə uçot stavkası 2009-2017-ci illər arası hətta birrəqəmli səviyyədə qorunub-saxlanılıb. Mərkəzi Bankın qərarından sonra lirə az da olsa, dəyər qazana bilib. Belə ki, dünən 1 dollar almaq üçün 6.4 lirə ödəmək lazım idisə, hazırda bu göstərici 6.1-dək dəyişir".