Heydər Əliyev Mərkəzinin parkında Bakının azad edilməsinin 100 illiyinə həsr olunan konsert keçiriləcək


Kriminal 14 Sen 2018 10:14:00 302 0

Heydər Əliyev Mərkəzinin parkında Bakının azad edilməsinin 100 illiyinə həsr olunan konsert keçiriləcək

Sentyabrın 15-də Heydər Əliyev Mərkəzinin parkında Bakının azad edilməsinin 100 illiyinə həsr olunan konsert keçiriləcək.

Son.az bildirir ki, mərkəzdən Trend-ə verilən məlumata görə, konsert proqramında Azərbaycanın estrada müğənniləri və musiqi qrupları, həmçinin Türkiyənin məşhur "Anadolu atəşi" rəqs qrupu çıxış edəcək.

Konsert proqramında Vətənə, Bakıya sevgini, Azərbaycan-Türkiyə qardaşlığını vəsf edən, eləcə də populyar mahnılar təqdim olunacaq.