Güləşçilərimiz Minskdə beynəlxalq turnirdə iştirak edəcəklər


Digərləri 14 Sen 2018 09:44:00 207 0

Güləşçilərimiz Minskdə beynəlxalq turnirdə iştirak edəcəklər

Sentyabrın 14-16-da Belarusun paytaxtı Minskdə üçqat Olimpiya çempionu Aleksandr Medvedin şərəfinə Qran-pri turniri keçiriləcək.

Bakı. Sentyabrın 14-16-da Belarusun paytaxtı Minskdə üçqat Olimpiya çempionu Aleksandr Medvedin şərəfinə Qran-pri turniri keçiriləcək. Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, ənənəvi yarışda sərbəst və qadın güləşçilərimiz qüvvələrini sınayacaqlar. Minskdə 11 sərbəst güləşçimiz mübarizə aparacaq. Baş məşqçi Firdovsi Umudov, məşqçilər Zəlimxan Hüseynov və Arif Abdullayevin rəhbərliyi altında ölkəmizi Georgi Edişeraşvili (57 kq), Mircəlal Həsənzadə (61 kq), Hacı Əliyev (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Coşqun Əzimov (74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev, Murad Süleymanov (hər ikisi 86 kq), Şərif Şərifov (92 kq), Aslanbek Alborov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) təmsil edəcəklər.