XƏBƏRDARLIQ! "Sıçovul qızdırması" yenidən yayıldı


Digərləri 14 Sen 2018 09:22:00 231 0

XƏBƏRDARLIQ! "Sıçovul qızdırması" yenidən yayıldı

Hindistanda yenə leptopspiroz infeksion xəstəliyi baş qaldırıb.

Bakı. Hindistanda yenə leptopspiroz infeksion xəstəliyi baş qaldırıb. Trend-in məlumatına görə, bununla əlaqədar artıq Rusiya Hindistana səfər etmək istəyən vətəndaşlarına xəbərdarlıq edib. Qeyd edək ki, Hindistanda "sıçovul qızdırması" adlandırılan bu xəstəlik ölkənin cənub-qərbindəki Kerala ştatında insanların su ilə yoluxması səbəbindən yayılıb. Bu bölgədə musson yağışlarının yaratdığı daşqınlar xəstəliyin su yolu ilə yayılması hallarını daha da artırıb.