Mingəçevirdə 23 yaşlı oğlan özünü öldürmək istədi


Digərləri 14 Sen 2018 09:05:00 242 0

Mingəçevirdə 23 yaşlı oğlan özünü öldürmək istədi

Mingəçevirdə gənc oğlan özünə qəsd etmək istəyib

.

Son.az "report"-a istinadən bildirir ki, hadisə şəhərin Nərimanov küçəsi 49 ünvanında, mənzil 27-də baş verib.

Həmin ünvanda yaşayan 1995-ci il təvəllüdlü şəhər sakini Fərcanlı Xəyal Elman oğlu eyni vaxtda 30-dan çox müxtəlif dərman preparatları qəbul edərək özünü öldürmək istəyib.

Şok vəziyyətinə düşən gənc xəstəxanaya çatdırılıb. Onun durumu ağır olaraq qiymətləndirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.