Dünyada ən populyar aviareys hansıdır?


Digərləri 14 Sen 2018 08:55:00 215 0

Dünyada ən populyar aviareys hansıdır?

Seul - Çedju (Koreya boğazında yerləşən Çedjudo adasında şəhər) aviareysi dünyada ən populyar aviaistiqamət olub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Routes" onlayn-servisi məlumat yayıb.

Qeyd olunur ki, 2017-ci ildə bu istiqamətdə aviareysdən 13 milyondan çox insan istifadə edib. Beləliklə, Cənubi Koreya paytaxtından Çedjuya hər gün təxminən 180 reys icra olunub.