ABŞda Cənub Qaz Dəhlizinin strateji əhəmiyyəti ilə bağlı müzakirələr aparılıb FOTO


Digərləri 14 Sen 2018 08:57:00 249 0

ABŞda Cənub Qaz Dəhlizinin strateji əhəmiyyəti ilə bağlı müzakirələr aparılıb  FOTO

SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyovun rəhbərlik etdiyi nümayəndə heyəti 11-13 sentyabr 2018-ci il tarixlərində ABŞ-ın Vaşinqton şəhərinə işgüzar səfər edib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Son.az-a verilən məlumata görə, səfər zamanı V.Bəylərbəyov ABŞ-ın müvafiq dövlət rəsmiləri və aparıcı transmilli şirkətlərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirib, Atlantik Şurasında Cənub Qaz Dəhlizinə həsr olunmuş tədbirdə çıxış edib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasında beynəlxalq iqtisadiyyat (enerji və iqlim) üzrə baş direktor Uels Qriffit, ABŞ enerji katibinin köməkçisi D.Vaynberq, ABŞ Dövlət Departamentində dövlət katibinin köməkçisinin və enerji resursları börüsunun rəhbərinin müavini S.Oudkirk, Texas ştatından Respublikaçı konqresmen C.Barton ilə görüşlərdə iki ölkə arasında enerji əməkdaşlığının strateji səviyyəsi, SOCAR tərəfindən həyata keçirilən regional və qlobal əhəmiyyətli enerji layihələrinin, o cümlədən, Cənub Qaz Dəhlizinin Azərbaycanın və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu, enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsinə verdiyi töhfə xüsusi qeyd olunub.

CQD və onun ayrı-ayrı komponentlərinin icrasına ABŞ tərəfindən göstərilən davamlı siyasi dəstəyin Prezident Donald Tramp tərəfindən Prezident İlham Əliyevə Cənub Qaz Dəhlizinin açılışı və "Xəzər neft-qaz 2018" konfrans və sərgisi münasibətilə göndərilən məktublarda da öz əksini tapdığı qeyd edilib və bu dəstəyə görə Amerika Birləşmiş Ştatları hökumətinə təşəkkür ifadə olunub.


Xəbərə aid fotolar