Almanlar 60 milyard avro itiriblər


Dünya 14 Sen 2018 03:30:00 262 0

Almanlar 60 milyard avro itiriblər

"Süddeutsche Zeitung" qəzeti Bundestaqdakı "İttifaq-90"/ "yaşıllar" fraksiyasının sorğusuna AFR hökumətinin cavabına istinadla bildirir ki, maliyyə böhranı Almaniya vergiödəyicilərinə onlarca milyard avroya başa gəlib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, AFR hökumətinin məlumatına görə, 2017-ci ilin sonuna qədər dövlət büdcəsinin xərcləri 59 milyard avroya bərabər olub. Bu məbləğə zəmanətlər verilməsi, borclar və kapital qoyuluşları daxildir. Lakin göstərilən məbləğ təqribidir, çünki maliyyə yardımı göstərilməsi prosesi hələ başa çatmayıb. Yeni məlumatlar onu göstərir ki, dövlətin xərcləri 68 milyard avrodan çox ola bilər.