Anna Danilova Bakıya gələrək xəzinə ilə geri qayıdıb VİDEO FOTO


Digərləri 13 Sen 2018 23:38:00 351 0

Anna Danilova Bakıya gələrək xəzinə ilə geri qayıdıb  VİDEO  FOTO

Rusiyalı rəssam Anna Danilova öz həyat yoldaşı Semyon Danilovla birlikdə yay tətilini Bakıda keçirib. O, öz yaradıcı işlərinin bir hissəsini bu şəhərə və bakılılara həsr edib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, cütlüyün beyninə yay tətilini harada isə başqa ölkədə keçirmək ideyası gəlib və onlar haqqında çox eşitdikləri Azərbaycanı ziyarət etmək qərarına gəliblər. Onlar eyni zamanda ölkəmizin görməli yerlərinin siyahısını hazırlayıblar. Bu siyahıya İçərişəhər, Heydər Əliyev Mərkəzi, Dənizkənarı bulvar və digərləri daxil edilib. "Yoldaşım qışda yanıma gələrək dedi ki, Bakını ziyarət etmək istəyir. Mənim üçün bu, gözlənilməz oldu. Amma biz qərara gəldik ki, ora yayda gedək. Çox yerdən oxumuşduq ki, Bakını iki cür adlandırırlar: bir Atəşgaha görə "Allahlar şəhəri", bir də "küləklər şəhəri". Və həqiqətən də orada külək sərt deyil, amma sürətlidir və az qalır adamın paltarını əynindən çıxarsın" - deyə Semyon Danilov Youtube-a yerləşdirdiyi videoçarxda bildirib.

Cütlüyü hər şeydən çox Bakının istisi heyrətləndirib. Onların sözlərinə görə, Meksikanı ziyarət edəndən sonra onlar heç yerdə isti hava ilə qarşılaşmayacaqlarını düşünüblər, amma yanılıblar. Bakıya gəldikləri ilk gün onlar dənizdə üzmək qərarına gəliblər. Bunun üçün dənizkənarı bulvara gediblər. Amma biləndə ki, burada üzmək qadağandır, təəccübləniblər. Onlar şəhərin mərkəzində postsovet ölkələrindən gələn və ərəb turistlərdən ibarət qələbəliyi görəndə şoka düşüblər. Onların fikrincə, ərəblər Bakını müasirliyinə görə lənətlənmiş şəhər də hesab edə bilərlər.

"Mənim yoldaşım rəssamdır, amma o qərara gəlmişdi ki, Bakıya kağız, boya, fırça götürməsin. Lakin sonra heç özü də bilmədi ki, bütün bunlar onun çantasına necə düşdü. O istəyirdi ki, tətilini bir saniyə belə nə isə çəkmədən, əri ilə çimərlikdə dadlı yeməklər yeyərək keçirsin. Fəqət hər şey tərsinə oldu. Ən maraqlısı da odur ki, o, həmişə təhlükəsiz və qeyri-adi insanların dolaşdığı yerlər, ən əsası da yaxşı rakurs axtarır. Bakı da məhz elə idi" - deyə Danilov bildirib.

Anna dənizkənarı bulvarda skamyada oturaraq rəsm çəkərkən maraqlı hadisə baş verib. Rəssamın pul xatirinə rəsm çəkdiyini düşünən polis ona yaxınlaşıb. Sonra biləndə ki, bu rəsm Moskvada keçiriləcək sərgidə nümayiş etdiriləcək, üzr istəyib və uğur arzulayıb.


Xəbərə aid video