Azərbaycan nefti bahalaşır


Digərləri 13 Sen 2018 23:19:00 206 0

Azərbaycan nefti bahalaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 12-də 81,5 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamı gününə olan göstəricidən 1,21 dollar/barel çoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 12-də 80,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,22 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 12-də 77,92 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 1,23 dollar/barel çoxdur.