Göbələklərin faydaları
Digərləri 13 Sen 2018 23:20:00 314 0
Göbələklər təbiətin möhtəşəm bitkilərindədir. Qurudulmuş göbələkdə zülalın miqdarı 30 % qədərdir, yəni ətdən çoxdur. Bundan başqa, göbələklərdə sellüloz (bitki hücüyrələrinin qabığını təşkil edən maddə), karbohidrat, aminturşuları, yağ turşuları, efir yağları mövcuddur.
Son.az deyerler.org-a istinadən bildirir ki, ən böyük əhəmiyyəti isə göbələkdə xolesterinin yığılmasının qabağını alan lesitinin olmasıdır. Sərbəst yağ turşuları aminturşuları kimi orqanizmdə yaxşı həzm olunur. Göbələk aterosklerozun qarşısını almağa kömək edən məhsuldur. Bundan başqa, göbələklər piylərin, sellülozun, qlikoqenin (qaraciyər və əzələlərdəki qanda şəkərdən əmələ gəlmiş nişasta) parçalanmalarına səbəb olan fermentlərlə zəngindir. Vitaminlərə qaldıqda bir çox meyvə və tərəvəzlər göbələklərlə müqaisədə bu cəhətdən geridə qalırlar. B vitamininə görə göbələklər dənli bitkilərdən geri qalmırlar. Əksər göbələklərdə PP vitamini maya və ciyərdəki qədərdir, D vitamini isə kərə yağında olandan az deyil. Bəzi göbələklərdə hətda A vitamini də var.
Tərkibində kükürd və yarımşəkərlərin olmasına görə göbələklər onkoloji xəstəliklərlə mübarizədə birinci yer tuturlar.
Ümumilikdə göbələklərin faydalığını aşağıdakı kimi təsnifləndirmək olar:
- göbələklər zülallarla və xərçəngə, viruslara qarşı vitaminlərlə zəngindirlər;
- bağırsaq çöpünü məhv etməyə qadirdir;