Ananasın faydaları


Digərləri 13 Sen 2018 22:50:00 247 0

Ananasın faydaları

Sərbəst radikalları əngəlləyir: Ananas çox zəngin bir antioksidant qaynağıdır. Bu sərbəst radikallar xərçəng və ürək xəstəliklərinə səbəb olur. Antioksidant xüsusiyyətinə görə bədəndə gəzən sərbəst radikalları əngəlləyir və hüceyrələrin yenilənməsinə köməkçi olur.

Soyuqdəyməyə qarşı təsirlidir​: Ananas bol miqdarda C vitamini və bromelain ehtiva etdiyinə görə, mikrobik infeksiyalara qarşı çox təsirlidir. Bunun yanında dərman müalicələrinə köməkçi olur, xüsusilə öskürəyə qarşı təsirlidir.

Sümükləri gücləndirir: Zəngin miqdarda ehtiva etdiyi manqan, sümük və bağ toxumalarını qüvvətləndirir. Gündəlik bir fincan ananas şirəsi bədənimizə təqribən 73% manqanla təmin edir.

Dişlər gücləndirir: Ananasın diş sağlamlığı üçün də əhəmiyyətli bir qida maddəsidir. Tərkibindəki zəngin qida maddələri dişləri gücləndirir və çürüməyi əngəlləyir.