Maddələr mübadiləsini sürətləndirən qidalar


Digərləri 13 Sen 2018 22:10:00 281 0

Maddələr mübadiləsini sürətləndirən qidalar

Qreypfrut: Tərkibində C vitamini yüksək olan meyvələr maddələr mübadiləsini sürətləndirən qidalar arasındadır. Bu şəfalı meyvələr bədəndəki yağların yandırılmasına yardımçı olaraq arıqlamağı da sürətləndirir.

Acı bibər: Son.az deyerler.org-a istinadən bildirir ki, jalepeno bibəri kimi acı bibərlər, bədəni yandırıcı xüsusiyyəti yüksək olan qidalardır. Qan qövranını artıran acı bibər, maddələr mübadiləsini də sürətləndirir. Tərkibindəki kapsaisin maddəsi sayəsində qan dövranını sürətləndirir. Aparılan araşdırmalarda, acı bibər yedikdən sonra təxminən 3 saat ərzində maddələr mübadiləsinin 25% daha sürətləndiyi müşahidə edilmişdir.

Alma: Rio de Janeiro Universitetində aparılan araşdırmaya görə gündə 3 ədəd kiçik alma yemək arıqlamağı və maddələr mübadiləsinin sürətini artırdığı məlum olmuşdur.