Şamaxıda ağır qəza: ölən və xəsarət alanlar var VİDEO


Digərləri 13 Sen 2018 21:13:00 231 0

Şamaxıda ağır qəza: ölən və xəsarət alanlar var  VİDEO

Şamaxıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi olub. 2 maşının toqquşması nəticəsində sürücülərdən biri ölüb. Yevlaxda isə yolda avtomobilin vurduğu piyada digər avtomobilin altına düşüb. İkinci maşın onu bir neçə metr sürüyüb. Həmin şəxs hadisə yerində ölüb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Şamaxı-Pirqulu avtomobil yolunun 4-cü kilometrliyində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Rayonun Səfalı kənd sakini Bahadurİmaməliyevin idarə etdiyiavtomobil, Şamaxı şəhər sakiniİlham Niyazovun idarə etdiyiavtomobillə toqquşub. Sürücülərdən biriİlham Niyazov hadisə yerində ölüb. Digər sürücü Bahadur İmaməliyev isə müxtəlif bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.