Bu qidalar piylənmənin qarşısını alır


Digərləri 13 Sen 2018 21:20:00 239 0

Bu qidalar piylənmənin qarşısını alır

Həkimlər sağlam bədənə sahib olmaq üçün aşağıdakı qidaları tövsiyyə edirlər.

Qırmızı bibər: Tərkibində acılıq verən "kapsaisin" maddəsi qan dövranını gücləndirir və onun isinməsini təmin edir. Bu növ bibərin tərkibindəki "termogenes" maddəsi isə insan bədəninin düzgün formada olmasına kömək edir. İnsan bədəninin hərarəti nə qədər çox artarsa, piylənmənin qarşısı da bir o qədər alınır.

Zəncirotu (Hindiba): Son.az deyerler.org-a istinadən bildirir ki, sarı çiçəkləri olan bu bitki qan damarlanın fəaliyyətini və həzmi asanlaşdıran "intibin" və ya "taraxin" adlandırılan maddələrlə zəngindir. Bu iki maddə bədəndəki turşuların ifraz edilməsində və maddələr mübadiləsinin nizamlanmasında mühüm rol oynayır. Bunun sayəsində şirniyyata olan maraq azalır.