Həftədə azı bir dəfə bunu etməyin Yaşı


Digərləri 13 Sen 2018 21:07:00 232 0

Həftədə azı bir dəfə bunu etməyin  Yaşı

45-65 yaş qrupundakı insanlar həftədə azı bir dəfə spirtli içki içməməlidirlər, Drink Free Days ("Alkoqolsuz günlər") kampaniyasının fəalları məsləhət görür.Kampaniya Britaniyanın Səhiyyə Xidməti və alkoqolizm təhlükəsi barədə məlumat yayan Drinkaware xeyriyyə təşkilatı ilə birgə həyata keçirilir.

İngiltərədəki müxtəlif yaşda olan 9 min respondentin iştirak etdiyi sorğu nəticəsində müəyyən olunub ki, 45-65 yaş qrupundan hər 5 respondentdən biri həftədə icazə verilən maksimum dozadan 14 doza çox alkoqol qəbul edir.

Həkimlərin sözlərinə görə, "alkoqolsuz günlər" yuxusuzluq problemini həll etməyə, arıqlamağa və yüksək qan təzyiqi və xərçəng riskini azaltmağa kömək edəcək.