Azərbaycanlı NyuYorkda üç günə ağlasığmaz məbləğdə pul qazandı


Digərləri 13 Sen 2018 20:48:00 232 0

Azərbaycanlı NyuYorkda üç günə ağlasığmaz məbləğdə pul qazandı

Amerikada yaşayan Stefano Suaros adlı azərbaycanlı model Rəcəb Rəcəbov müxtəlif moda layihələrində təkcə geyimləri nümayiş etdirməyib, həm də mahnı oxuyub. 

Son.az bildirir ki, Suarosun Sputnik Azərbaycan-a dediyinə görə, Nyu-Yorkdakı "Crowne" plaza hotelində keçirilən moda həftəsini açmaq onun üçün böyük şərəf olub. Moda həftəsinin birinci günü o, malayziyalı dizaynerin "Kral və kraliça" adlı kolleksiyasını nümayiş etdirib. Rəcəbovun sözlərinə görə, o, kral kostyumları hazırlanarkən qızılı saplardan istifadə olunduğundan, əvvəllər bu kostyumları geyinməkdən xoşu gəlmirdi.

"Mən Moda həftəsində təkcə model kimi deyil, həm də ifaçı kimi iştirak edirdim. Bildiyiniz kimi, mən artıq bir çox layihələrdə öz mahnılarımla çıxış etmişəm. Mən "Style fashion week" tədbirində yeni "You Are The Reason" mahnımı oxudum" - deyə Suaros bildirib.

Buna qədər isə model Fransanın Kann şəhərində keçirilən "Global Short Film Awards"ın təqdimat mərasimində məşhur dizayner Andres Aqunonun kolleksiyasını təqdim edib.