Kürdəmirdə ər arvadını güllələyib


Digərləri 13 Sen 2018 19:52:00 311 0

Kürdəmirdə ər arvadını güllələyib

Kürdəmir rayonunda güllələnmə hadisəsi baş verib.

Son.az Report-a istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında şəhərin Aşıq Şakir küçəsi, ev 9 ünvanında qeydə alınıb.

Belə ki, Kürdəmir rayon sakini, 44 yaşlı Şahin Məmmədbağır oğlu Kərimov ailə münaqişəsi zəminində həyat yoldaşı, 36 yaşlı Qumru Tofiq qızı Salayevanı ov tüfəngi ilə vurub. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib və əməliyyata alınıb. Q.Salayevanın vəziyyəti ağır olaraq qiymətləndirilir.