Quranda adı keçən möcüzəli QİDALAR və FAYDALARI


Digərləri 13 Sen 2018 19:32:00 292 0

Quranda adı keçən möcüzəli QİDALAR və FAYDALARI

İslam dininin müqəddəs Kitabı Quranda bəzi qidaların adı keçir.

Son.az ölkə.az-a istinadən oxucularına bu qidaların adını və faydalarını təqdim edir.

Xurma

Şəkər balansını qoruyur, doğuşu asanlaştırır, südverən analarda süd hormonlarını hərəkətə keçirir və ana südünü artırır.

Peyğəmbərimiz buyurub ki, qadınlar süd verdikləri dövrdə xurma yesin. Bu zaman onun usage ağıllı olar.

Xurmanın tərkibində A, C, B1, B2, B3, B6, B9, B12 və K vitaminləri, betakaroten və oliqo elementi var. A vitamini isə güclü anti oksidantdır.

Bundan başqa xurma gecə toyuq korluğunun qarşısını alır, ağız və ağ ciyər xəstəliklərinə qarşı da effektivdir.

Betakaroten təbiətdə təbii halda olan A vitaminin ilk formatıdır. Bu vitamin orqanizmimizdəki DNA, hüceyrə və protein strukturunu dəstəkləyir. Ürək və damar xəstəliklərinin qarşısını alır.

Xurmanın tərkibindəki Zeaksantin maddəsi də yaşlanma ilə bağlı yaranan əzələ əriməsinin qarşısını alır. Sidikqovucudur. Təzə xurmanın tərkibindəki pitosin maddəsi sancılara qarşı əladır.

Bundan başqa bağırsaqların fəaliyyətini stabilləşdirir, qəbzliyin qarşısını alır, LDL xolesterolunun azalmasına səbəb olur. Bundan başqa bağırsaq xərçənginə səbəb olan bio kimyəvi maddələri də azaldır.

Bundan əlavə, xurmanın tərkibindəki tanin maddəsi iltihabın və qanaxmaların qarşısını alır. 

Çox acıyanda və şirniyyata ehtiyac duyanda 10 ədəd ağ və ya sarı ləbləbi ilə 2 xurma yeyib üstündən 1 stəkan su içsəz, 2-3 saat aclıq hiss etməzsiniz.

Bal

Fruktoza və qlükoza kimi təbii şəkərlərə sahibdir. Eyni zamanda maqnezium, potasium, kalsium, yod, sink, soda, kükürd, dəmir və fosfor kimi minerallarla yanaşı, B1, B2, B3, B5, B6 və C vitaminləri də var. Həzmi asanlaşdırır, bağırsaq və böyrəklərə faydalıdır.