Klubların transferlərə xəclədiyi pullar məlum olub


İdman 13 Sen 2018 18:51:00 318 0

Klubların transferlərə xəclədiyi pullar məlum olub

Klubların 2018-ci ildə transferlərə ümumilikdə nə qədər pul xərclədiyi məlum olub. Goal.az xəbər verir ki, bu il futbol klublarının transferlərə xərclədiyi ümumi məbləğ 7,11 milyard dollar olub. Yay transfer pəncərəsi dövründə 8401 transfer həyata keçirilib. “Böyük beşlik” ölkələri isə transferlərə ümumilikdə 4,21 milyard dollar xərcləyib. Bu məbləğ keçən illə müqayisədə 6,6 faiz çoxdur.

Transferlərə ən çox pul xərcləyən klublar isə əvvəlki illərdə olduğu kimi, İngiltərə təmsilçiləridir. İngilislər bu yay transferlərə 1,44 milyard pul xərcləyiblər. Bu barədə məlumatı FİFA yayıb.

Bu yay futbolçu transferinə ən az pul ödəyən isə Almaniya klubları olub. Almanlar cəmi 391 milyon avroyla transfer dövrünü bağlayıblar.

Keçən yay transfer dövrüylə müqayisədə İtaliya klubları 74,7, İspaniya isə 42,2 faiz daha artıq pul xərcləyib.