Azərbaycan startapı qlobal innovasiya mükafatının qalibi olub (FOTO)


Digərləri 13 Sen 2018 18:40:00 238 0

Azərbaycan startapı qlobal innovasiya mükafatının qalibi olub (FOTO)

Beynəlxalq “ITU Telecom World” sərgi-konfransı azərbaycanlı startapçılar üçün yüksək nəticələrlə yadda qalıb.

Bakı. Beynəlxalq “ITU Telecom World” sərgi-konfransı azərbaycanlı startapçılar üçün yüksək nəticələrlə yadda qalıb. Trend-in məlumatına görə, sərgidə ölkəmizə məxsus pavilyonda öz yeniliklərini təqdim edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan qrant alan “CustomAR” şirkəti və nazirliyin Yüksək Texnologiyalar Parkının rezidenti olan “İQREX” startap layihəsi müsbət nəticələr əldə edib. Sərgi çərçivəsində dünya ölkələri arasında keçirilən Kiçik və Orta Sahibkarlığın Qlobal İnnovasiya (Global SME Award) mükafatının Cəlal Rəhimovun “İQREX” startap layihəsi qalib olub. Yarışda Yaponiya, Cənubi Afrika, Koreya, Çin, Keniya, Nigeriya və Mozambik kimi ölkələrin innovativ layihələri yarışıb.