Banka basqın edən şəxsin şikayəti rədd edildi


Digərləri 13 Sen 2018 18:20:00 262 0

Banka basqın edən şəxsin şikayəti rədd edildi

Bakı Apellyasiya Məhkəməsində banka basqın etməkdə təqsirləndirilərək həbs olunan 1967-ci il təvəllüdlü Nazim Məmmədovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılsa da, təmin edilməyib. Məhkəmə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.