Yeni Orfoqrafiya qaydaları ilə bağlı müzakirələrə yekun vurulub


Sosial 13 Sen 2018 18:20:00 328 0

Yeni Orfoqrafiya qaydaları ilə bağlı müzakirələrə yekun vurulub

Layihə təsdiq edilmək üçün Nazirlər Kabinetinə təqdim ediləcək

Orfoqrafiya Komissiyasının bu gün keçirilən iclasında Orfoqrafiya qaydaları layihəsi ilə bağlımüzakirələrə yekun vurulub.

"Report"un xəbərinə görə, iclasda elan edilib ki,Azərbaycanda müstəqillik dövründə sistemli şəkildə ilk dəfə, elmi cəhətdən əsaslandırılmış Orfoqrafiya qaydaları qəbul edilib. Müzakirələr zamanı 3 maddə qəbul edilməyib.

Yeni Orfoqrafiya qaydaları66 maddədən ibarət olacaq.

İclasda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə bildirib ki, yeni qaydalar əsasında müasir tələblərə cavab verən yeni Orfoqrafiya lüğəti hazırlanacaq: "Artıq Orfoqrafiya Komissiyası layihəni qəbul edib, layihə təsdiq edilmək üçün Nazirlər Kabinetinə təqdim ediləcək".