XİN: Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəyişməz qalır


Siyasət 13 Sen 2018 18:18:00 260 0

XİN: Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəyişməz qalır

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyanın mövqeyi dəyişməz qalır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova brifinq zamanı deyib.

"Biz əlbəttə ki, hər şeyi, həm Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını, həm də müvafiq ölkələrdə verilən bəyanatları təhlil edirik. Mən xatırlatmaq istərdim ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyanın mövqeyi dəyişməz olaraq qalır".

M.Zaxarova qeyd edib ki, Rusiya öz növbəsində ATƏT Minsk qrupunun həmsədri qismində tərəflərə kompromisin əldə olunması üçün lazımi vasitəçilik köməyi göstərməyə davam edəcək, amma, əlbəttə ki, irəliləyiş üçün müvafiq şəraiti tərəflər özləri yaratmalıdır.

Son.az