Bakıda körpələrin xəstəxanalara daşınması işinin asanlaşdırılması üçün yenilik tətbiq edilir


Digərləri 13 Sen 2018 18:08:00 310 0

Bakıda körpələrin xəstəxanalara daşınması işinin asanlaşdırılması üçün yenilik tətbiq edilir

Bakıda yenidoğulmuş körpələrin bir tibb müəssisəsindən digərinə daşınması zamanı sənədləşmə işinə sərf etdiyi vaxta qənaət etmək məqsədilə sənədlərin elektron variantı hazırlanıb.

Son.az xəbər verir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası təcili tibbi yardımın müasir tələblərə cavab verən, təcili tibbi yardım həkiminin sənədləşmə işinə sərf etdiyi vaxta qənaət etmək məqsədi ilə yeni "Çağırış vərəqi" forması, yenidoğulmuş və körpələrin bir tibb müəssisəsindən digərinə daşınması zamanı tərtib edilən "Neonatal daşınma vərəqi", "Gündəlik iş vərəqi" formasından istifadə edilir.

Hazırda bu sənədlərin elektron variantı da hazırlanır.