Orfoqrafiya lüğətində qoşa "y" samitinin birinin düşməsi ilə bağlı təklif qəbul olunmadı


Digərləri 13 Sen 2018 17:53:00 324 0

Orfoqrafiya lüğətində qoşa "y" samitinin birinin düşməsi ilə bağlı təklif qəbul olunmadı

"Orfoqrafiya lüğəti layihəsinin müzakirəsi zamanı qoşa "y" samitinin birinin düşməsi ilə bağlı maddənin əleyhinə 137, lehinə 52 səs verilib".

Son.az report-a istinadən xəbər verir ki, bunu Orfoqrafiya Komissiyasının bugünkü iclasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

O, bildirib ki, cəmiyyət və ziyalılar bu maddənin müzakirəsi zamanı iki cəbhəyə bölünüb: "Bizim üçün əsas birlik və həmrəylikdir. Orfoqrafiya komissiyasının İşçi qrupu müzakirə prosesində çox diqqətli olmağa çalışıb. Statistik məlumat son dərəcə obyektivdir. Orfoqrafiya lüğətinin müzakirəsi azad və sərbəst şəkildə aparıldı. İctimaiyyət öz fikrini bölüşdü. Son qərar ictimai rəyə əsaslanacaq".


Xəbərə aid fotolar