Sumqayıtda iki nəfəri öldürən sürücünün işi ekspertizaya göndərildi


Digərləri 13 Sen 2018 17:58:00 230 0

Sumqayıtda iki nəfəri öldürən sürücünün işi ekspertizaya göndərildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümündə təqsirləndirilən sürücü Şamil Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən mərhum Vüsal Quliyevin anası Rəfiqə Quliyeva bildirib ki, Ş.Həsənov hadisə zamanı avtomobili saatda 175 km-lə sürətlə idarə edib.

Ş.Həsənov isə avtomobilini saatda 60 km-lə sürətlə idarə etdiyini deyib.

Daha sonra məhkəmə cinayət işininin yenidən ekspertizaya göndərilməsi barədə qərar çıxarıb.

Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.