Bakıda aeroportda qumbara tapıldı


Digərləri 13 Sen 2018 17:46:00 230 0

Bakıda aeroportda qumbara tapıldı

Bakıda hava limanında əl qumbarası tapılıb.

ANAMA-dan Son.az-a verilən məlumata görə, 2018-ci il 13 sentyabr tarixində saat 11:30-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 11:49-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.


Xəbərə aid fotolar