"Mənim yerimə kim olsaydı, belə hərəkət edərdi"


Şou-biznes 13 Sen 2018 17:48:00 257 0

"Mənim yerimə kim olsaydı, belə hərəkət edərdi"

ARB TV-nin "Səhər-Səhər" verilişini yarımçıq tərk edən müğənni Sevda Sanəliyeva ilə aparıcı Elgiz Əkbər arasında münaqişə yaranıb.

Son.az  xəbər verir ki, yenicag-a danışan Sevda məsələyə belə aydınlıq gətirib:

"Elgiz Əkbər veriliş başlayandan sona qədər mənim ifa etdiyim "Leyli" adlı mahnını tənqid etdi. O, mahnının uğursuz olduğunu deyib, tamaşaçılarımı zövqsüz adlandırdı. O kimdi ki, mənim tamaşaçılarıma zövqsüz desin?! Bu da mənə xoş gəlmədi və efiri yarımçıq tərk etdim. Mənim yerimə kim olsaydı, belə hərəkət edərdi".