Millimiz darmadağınla qalib gəldi


İdman 13 Sen 2018 17:46:00 236 0

Millimiz darmadağınla qalib gəldi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoxlama oyunu keçirib. Goal.az xəbər verir ki, “Sumqayıt”ın U-19 komandası ilə qarşılaşan yığma 4:0 hesablı qələbə qazanıb. U-17-nin qollarını Veysəl Rzayev, Samir Abdullayev, Valeh Qəhrəmanlı və Rauf Məhərrəmov vurub. U-17-nin baş məşqçisi Ramin Quliyev oyunla bağlı AFFA-nın saytına açıqlama verib:

“Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə növbəti təlim-məşq toplanışına başlamışıq. Vaxtımız çox azdır. Seçmə mərhələyə qədər futbolçuların idman formasını yaxşılaşdırmalıyıq. Bu toplanışdan sonra Ukrayna ilə səfərdə iki yoldaşlıq oyunu keçirəcəyik. Təbii ki, Azərbaycanda belə səviyyədə rəqib tapmaq olmur. Ukraynanın seçmə mərhələdə qarşılaşacağımız rəqiblərlə eyni səviyyədə olması bizə yaxşı təcrübə qazandıracaq. Bu gün də həmin qarşılaşmalarda istifadə edəcəyimiz taktiki gedişləri oyunçulara aşılamağa çalışdıq. İstədiklərimizin bəzilərini həyata keçirə bildik. Yaxşı alınan gedişləri daha da inkişaf etdirməyə, səhvlərimizin üzərində isə işləməyə davam edəcəyik”.